Qazaxıstanda ağır yol nəqliyyat hadisəsi baş verib. 

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Almatı-Yekaterinburq yolunda sərnişin avtobusu qəzaya uğrayıb. Avtobusda olan 43 sərnişindən 6-sı ölüb, qalanları yaralanıb. Xəsarət alanlardan 30-unun vəziyyəti ağırdır. 

Onlardan 12-si Rusiya, 17-si Qazaxıstan, biri isə Tacikistan vətəndaşıdır. 
.