Qazaxıstanın energetika naziri Erlan Akkenjenov ABŞ-ın daxili işlər naziri, Enerji üstünlüyü Şurasının sədri Daq Börqam ilə birgə layihələrin həyata keçirilməsi məsələlərini, həmçinin əsas ixrac marşrutu kimi Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) sabit fəaliyyətinin təmin edilməsini müzakirə edib.
Bu barədə Qazaxıstanın Energetika Nazirliyi xəbər verir.
“Müzakirə zamanı tərəflər iri birgə layihələrin həyata keçirilməsinin gedişatını və yataqların daha da mənimsənilməsi planlarını müzakirə ediblər. Xüsusi diqqət neftin nəqli məsələlərinə, xüsusilə də əsas ixrac marşrutu kimi Xəzər Boru Kəməri Konsorsiumunun (XBK) sabit və etibarlı fəaliyyətinin təmin edilməsinə yönəldilib”, – məlumatda qeyd olunur.
Görüş zamanı Erlan Akkenjenov xatırladıb ki, ABŞ şirkətləri Qazaxıstandakı “Tenqiz”, “Karaçanak” və “Kaşaqan” kimi flaqman layihələrdə əsas tərəfdaşlardır.
“Qazaxıstanda həyata keçirilən layihələr bizim amerikalı tərəfdaşlarımızın qlobal portfellərində əsas aktivlərdir. Onların miqyası Qazaxıstanın dünya enerji sabitliyinin təmin olunmasında strateji əhəmiyyətini vurğulayır və uğurlu, qarşılıqlı faydalı əməkdaşlığın göstəricisidir”, – Erlan Akkenjenov qeyd edib.
.
