“Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı saziş mövcud böhranlı vəziyyətdə yeganə doğru verilmiş qərardır”.

Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev MDB ölkələri dövlət başçılarının video-konfrans formatında keçirilən sammitində çıxışında bildirib.

O, bu tarixi sazişin regionda uzunmüddətli sülhün bərqərar olmasına yardım edəcəyinə ümid etdiyini söyləyib: “Mahiyyətcə, postsovet məkanında münaqişə ocağı söndürülüb. Hansı ki, bu münaqişə ocağı mövcud olduğu illər boyu MDB-də siyasi əməkdaşlıq atmosferini zəhərləyib. Bu çətin vaxtda dövlətlərimizin sıx əməkdaşlığı böyük əhəmiyyət kəsb etməyə başlayıb. Bəli, biz bir-birimizdən iqtisadi potensialımıza, tarixi dünya görüşümüzə görə fərqlənirik. Dağlıq Qarabağ münaqişəsi göstərdi ki, geosiyasi dünya görüşümüzə görə də bir-birimizdən fərqlənirik. Lakin başlıcası odur ki, ölkələrimizin xalqları sülh şəraitində yaşamağı arzu edir, bir-biri ilə dostluq etmək istəyir. Bu, Birlik ölkələrinin dövlət başlılarının üzərinə böyük məsuliyyət yükü qoyur. Əsas vəzifəmiz xalqlarımızı ayıra bilən vəziyyətə gətirib çıxarmağa imkan verməmək, xalqlarımızın əməkdaşlığının yollarını axtarıb tapmaqdır”.

.