Qazaxıstanda 2027-ci ildə fəaliyyətə başlayacaq zavod ilk dəfə NATO standartlı mərmilər də daxil olmaqla artilleriya mərmiləri istehsal edəcək.

Bu barədə Qazaxıstan mediası “Great Sky” şirkətinin birinci direktor müavini Andrey Tixonenkoya istinadən məlumat yayıb.

Onun sözlərinə görə, hərbi sursatlar “ASPAN” adlı layihə çərçivəsində dörd müdafiə müəssisəsində buraxılacaq.

Bu müəssisələrdə Qazaxıstan Silahlı Qüvvələrində istifadə olunan mina atanlar üçün mərmilər və artilleriya sursatları istehsal ediləcək və ixrac üçün NATO standartlı mərmilər buraxılacaq.

“Layihənin böyük perspektivi var, çünki istehsal üçün lazım olan bütün xammal – metal, pambıq, turşular və sair, – Qazaxıstanda mövcuddur”, – Andrey Tixonenko bildirib.

.