Qazaxıstan hökuməti istefa verib.

Bu barədə "Kazinform" məlumat yayıb.

Bildirilib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib.

Baş nazir vəzifəsini müvəqqəti olaraq Roman Sklyar icra edəcək.

Qazaxıstan hökumətinin üzvləri hökumətin yeni tərkibi təsdiqlənənə qədər vəzifələrini yerinə yetirməyə davam edəcəklər.

Hökumətin istefaya göndərilməsinin səbəbi açıqlanmayıb.

.