Qazaxıstan neftinin Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri ilə tədarükünün həcmi 2026-cı ildə 1,6 milyon tona çatdırılması planlaşdırılır.

Bunu Qazaxıstan "KazMunayQaz" (KMG) neft-qaz şirkətinin mətbuat xidməti bildirib.

2025-ci ilin yekunları üzrə Qazaxıstan bu marşrut üzrə 1,3 milyon ton neft tədarük edib.

Qazaxıstan Energetika Nazirliyinin məlumatına əsasən, 2024-cü ildə BTC ilə təxminən 1,4 milyon ton Qazaxıstan nefti nəql edilib.

.