Sosial şəbəkələrdə Qazax rayonunda Kür çayında balıqların "tokla" tutulması ilə bağlı görüntülər yayılıb. Məsələ ilə bağlı polis əməkdaşları araşdırmalara başlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, məlum görüntülərlə bağlı Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt Polis Məntəqəsində araşdırmalara başlanılıb.

"Hazırda həmin balıqçının müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün müvafiq işlər həyata keçilir. Su Polisinin adının hallandığı iddialar isə əsassızdır" - deyə E.Qasımov bildirib.
 

.