Qazaxda qadına xəsarət yetirən şəxs saxlanılıb. 

1981-ci il təvəllüdlü Eldəniz Xasməmmədov münaqişə zamanı keçmiş həyat yoldaşı, 1982-ci il təvəllüdlü İlhamə Xasməmmədovanı balta ilə vurub. 

Qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Onların bir müddət əvvəl boşansalar da, məhkəmə qadına həmin evdə yaşamaq hüququ verilib. 

Məlumata görə, hadisə azyaşlı uşağın gözü qarşısında baş verib.

Faktla bağlı araşdırma aparılır.

.