Qazaxda avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakininə məxsus "VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Dərviş Mustafayev saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

.