Fövqəladə Hallar Nazirliyinə Qax rayonu, Qaradolaq kənd sakini Salmanov Süleyman Məhəmməd oğluna məxsus evin intensiv yağışların əmələ gətirdiyi sel suları nəticəsində yararsız vəziyyətə düşməsi barədə məlumat daxil olub.

FHN-dən verilən məlumata görə, bununla əlaqədar FHN-in Şimal-qərb Regional Mərkəzinin əməkdaşları tərəfindən Qaradolaq kənd sakini S.Salmanov üçün müvəqqəti yaşayış məqsədilə çadır ev qurularaq vətəndaşa təhvil verilib.

 

.