Qaxda bıçaqlanma hadisəsi baş verib.

Saat 01 radələrində rayonun Qaxbaş kənd sakini 1982-ci il təvəllüdlü Ruslan Mahmud oğlu Mustafayev qarın boşluğunun kəsilmiş-deşilmiş və daxilə nüfuz edən bıçaq yarası xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub.

R.Mustafayevin vəziyyəti nəzərə alınaraq o, təcilli əməliyyat olunaraq xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. R. Mustafayevin vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisə Qax şəhəri ərazisində baş verib. R. Mustafayevi bıçaqlamaqda şübhəli bilinən Vüqar adlı şəxs hadisə yerindən qaçıb. Hazırda onun tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

.