
"Ölkə ərazisində müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar şagirdlərin davamiyyətində əvvəlki günlərlə müqayisədə ciddi azalma müşahidə edilmir və təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir".
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatında bildirilib.
"Müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, xüsusilə azyaşlı məktəblilərin valideynlərini dərsə gedən övladlarını nəzarətdə saxlamağa çağırır, təhsil müəssisələrinin rəhbərlərindən və valideynlərdən müvafiq təhlükəsizlik tədbirlərinə riayət etmələrini xahiş edirik". - məlumatda vurğulanıb.
.