Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Qranadada Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenlə görüşüb.
Məlumatı Baş nazirin mətbuat xidməti yayıb. Bildirilib ki, Baş nazir indiki regional və qlobal kontekstdə Gürcüstanın namizəd statusu almasının önəmini vurğulayıb. Hökumət başçısı həmçinin, Gürcüstanın Avropa Komissiyasının 12 tövsiyəsinin yerinə yetirməsi ilə bağlı danışıb.
Vurğulayıb ki, Gürcüstan komissiyadan ilin sonunadək düzgün siyasi qərar verməsini gözləyir.
Qaribaşvili həmçinin regional sülh və sabitliyin təmin edilməsində Gürcüstanın vacib rol oynadığını və bu istiqamətdə hər zaman töhfə verməyə hazır olduğunu vurğulayıb.
.
