Sabirabadda qarajdan silah oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 8-də rayon ərazisindəki həyətlərin birindəki qarajdan müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngini, 6 ədəd patronu, 1 ədəd bıçağı və 3 ədəd su mühərriki oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Kuzmin tutulub.

Araşdırma aparılır.

.