ABŞ-da afro-amerikanlıların kilsəsinə daxil olaraq 9 nəfəri qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
ANS PRESS-in məlumatına görə, polis 21 yaşlı kaliforniyalı Dylann Roofu Şimali Karolina ştatında tutub.
Xatırladaq ki, hadisə iyunun 18-də səhər saatlarında Şimali Karolina ştatının Çarlston şəhərində baş verib. Gənc kilsəyə silahlı basqın edib, nəticədə 6 qadın, 3 kişi ölüb. Ölənlər arasında kilsənin pastoru və Şimali Karolina senatının üzvü Reverend Clementa Pinckney də var. Qətlin irqi nifrət zəminində baş verdiyi ehtimal olunur.
Onu da qeyd edək ki, ABŞ prezidenti Barak Obama bu hadisəni pisləyib və baş verənlərlə bağlı təəssüfləndiyini söyləyib.

.