Fevralın 7-si gecə saat 1 radələrində Qaradağ rayonu ərazisindəki “Lökbatan dairəsi” adlanan yerdə naməlum şəxs xuliqanlıq zəminində Sahil qəsəbə sakini 1980-ci il təvəllüdlü Natiq Bafadar oğlu Süleymanova bıçaqla qarın və əl nahiyələrindən xəsarət yetirərək hadisə yerindən uzaqlaşıb.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, yaralı xəstəxanaya yerləşdirilib, Qaradağ RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törədən Salyan rayon sakini 1976-cı il təvəllüdlü Zamin Oqtay oğlu Salayev saxlanılıb.
Araşdırmalar aparılır.
.