Qarabağla bağlı monitorinq mərkəzi Azərbaycanda yerləşə bilər, amma bu ayrı razılaşmaların mövzusudur.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, Qarabağda Rusiya sülhməramlıları ilə yanaşı Türkiyə sülhməramlılarının yerləşdirilməsinin mümkünlüyünü şərh edərkən bildirib ki, həqiqətən də Azərbaycan ərazilərində atəşkəsə nəzarət mərkəzinin yaradılmasından söhbət gedib:

"Bu, Azərbaycandadır və birgə monitorinq mərkəzinin yerləşdirilməsinin nüansları artıq ayrı bir razılaşmanın mövzusudur”.

.