İşğaldan azad olunmuş ərazilərdə işğala qədər 260,3 min hekdara yaxın meşə fondu olub.

Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

O bildirib ki, həmin fondun 228 min hektarı bilavasitə yaşıllıqlarla örtülüb:

“Ötən müddətdə həmin ərazilərdə monitorinqlər aparılıb. İlkin araşdırmalar zamanı "Azərkosmos"dan çəkilmiş fotolara əsasən, deyə bilirik ki, 54 min hektar ərazi düşmən tərəfindən tamamilə məhv olunub.

Həmin ərazilərdə Azərbaycanın mövcud meşələrinin 34 faizi işğala qədər o ərazilərdə olub. Bu ilkin məlumatlara görə hesablanan nəticələrdir. Məhv olunan elə ərazilər var ki, meşə fonduna aid olmasa da yaşıllıq ərazilər olub. Vandalizmin miqyası ölçüyə gəlməyəcək qədər dəhşətlidir. Təbiətimizi məhv ediblər”.

Ermənilərin Azərbaycan sularını çirkləndirməsi ilə bağlı beynəlxalq qurumlar qarşısında məsələ qaldırılacaq

Azərbaycan azsulu ölkələrdəndir. Tələbatımızın 70 faizi kənardan formalaşır. Su potensialının çox hissəsi də Qarabağdadır. Bununla bağlı müvafiq monitorinq işləri aparılır.

Bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev jurnalislərə açıqlamasında deyib.

O bildirib ki, Ermənistan zaman-zaman ekologiya ilə bağlı konvensiyaları pozub: "Monitorinqlər nəticəsində ilkin araşdırmalar beynəlxalq qurumlara təqdim ediləcək. Düşmənlər Oxçuçay üzərindəki filiz saflaşdırma zavodunun tullatılarını çaya axıdıblar. Həmçinin, onlar mənfur xislətlərindən qalmadan əllərinə keçəni çaylara axıdır və o da gəlib Araz çayına tökülürdü. Nəticədə təbiətimizi və çaylarımızı çirkləndirirdilər. Bununla bağlı da monitorinqlər gedir, beynəlxalq qurumlar qarşısında məsələ qaldırılacaq".

.