Avqustun 4-də, saat 9.30-da işğalçı erməni ordusunun Dağlıq Qarabağda, cəbhənin şimal istiqamətində yerləşən hərbi hissələrinin birində hələlik tam aydın olmayan şəraitdə 1997-ci il təvəllüdlü əsgər Vahan Mikaelyan ölümcül güllə yarası alıb.
Virtualaz.org bildirir ki, xəbəri Novosti Armeniya yayıb.
Əsgərin ölüm səbəbini araşdırmaq üçün istintaq aparılır.
.
