"WarGonzo" layihəsi ilə tanınan təxribatçı bloger Semyon Peqov təkcə Qarabağda deyil, Ukraynanın Donbas bölgəsində də qərəzli və feyk videolar çəkməklə məşğul olub. 

Erməni iş adamı Aram Qabrelyanov tərəfindən maliyyələşən və xüsusi tapşırıq alaraq Qarabağa göndərilən Peqovun əsas missiyası erməni separatçılarını dəstəkləyən video çəkilişlər edərək, sosial şəbəkələrdə cəbhədə gedən döyüşlərlə bağlı qərəzli məlumatlar yaymaq, insanları çaşdırmaq, Azərbaycan və onun Ordusunu alçaltmaqdan ibarət olub. Ancaq dırnaq arası jurnalistin bu feykləri ifşa olunduqdan sonra, Peqov birdən birə aradan çıxıb. Həm də Azərbaycan Ordusunun Qarabağdakı zəfərləri Peqovu çox qorxudub. Peqovun erməni daydayları isə onun bu hərəkətindən narazıdır, çünki aldığı çirkli pullar müqabilində o, üzərinə düşən xain və aciz missiyasını yarımçıq qoyaraq Qarabağdan tülkü kimi sivişib və Rusiyanın Xabarovsk şəhərində peyda olub. Qaçıb gizlənməsini isə zavallı bloger yeni layihə üzərində işləməsi ilə əlaqələndirib. Təklif edirəm ki, bu gündən zalım blogeri sürətlə qaçmasına görə Peqov yox Beqov adlandıraq.

Qeyd edək ki, Semyon Peqova qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin terrorçuluğa açıq çağırışlar, dövlət əleyhinə yönələn açıq çağırışlar və Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə maddələri ilə cinayət işi başlanılıb.

Rəşad Nəsirov

.