
Cəlilabad rayonunda intihar olub.
Cəlilabad şəhəri, Azərbaycan küçəsindəki binada yaşayan 1971-ci il təvəllüdlü Həsən Abidinov məskunlaşdığı binanın zirzəmisindəki qazanxanada özünü asaraq intihar edib.
Qarabağ müharibəsi veteranı olan Həsən Abidinov ailəli olub, 2 övladı var. Hazırda faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır ("Qafqazinfo").