Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında əsas kapitala yönəldilən investisiyaların həcmi açıqlanıb.

Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Ötən ay Qarabağ iqtisadi rayonunda əsas kapitala 2 milyard 275 miyon 641 min manat məbləğində investisiya yönəldilib.

Məlumata görə, bu vəsaitin 2 milyard 205 milyon 335 min manat hissəsi tikinti-quraşdırma işlərinə sərf olunub.

Dövr ərzində Xankəndi şəhərində əsas kapitala 363 milyon 928min manat (tikinti-quraşdırma 336 milyon 912 min manat), Ağcabədi rayonunda 19 milyon 713 min manat (tikinti-quraşdırma 17 milyon 223 min manat), Ağdam rayonunda 759 milyon 749 min manat (tikinti-quraşdırma 740 milyon 16 min manat), Ağdərə rayonunda 80 milyon 328 min manat (tikinti-quraşdırma 79 milyon 511 min manat), Bərdə rayonunda 18 milyon 905 min manat (tikinti-quraşdırma 18 milyon 58 min manat) Füzuli rayonunda 275 milyon 332 min manat (tikinti-quraşdırma 274 milyon 429 min manat), Xocalı rayonunda 183 milyon 267 min manat (tikinti-quraşdırma 172 milyon 23 min manat), Xocavənd rayonunda 164 milyon 423 min manat (tikinti-quraşdırma 163 milyon 607 min manat), Şuşa rayonunda 382 milyon 936 min manat (tikinti-quraşdırma 381 milyon 594 min manat), Tərtər rayonunda isə 27 milyon 55 min manat (tikinti-quraşdırma 21 milyon 959 min manat) investisiya yönəldilib.

Yanvar ayında Şərqi Zəngəzur iqtisadi rayonunda əsas kapitala 2 milyard 811 milyon 671 min manat dəyərində investisiya yönəldilib. Bunun 2 milyard 763 milyon 126 min manatı tikinti-quraşdırma işlərinə sərf edilib.

Ay ərzində əsas kapitala yönəldilən investisiyaların miqdarı Cəbrayıl rayonunda 373 milyon 321 min manat (tikinti-quraşdırma işləri üzrə 349 milyon 964 min manat), Kəlbəcər rayonunda 1 milyard 9 milyon 299 min manat (tikinti-quraşdırma işləri üzrə 994 milyon 592 min manat), Qubadlı rayonunda 240 milyon 266 min manat (tikinti-quraşdırma işləri üzrə 239 milyon 303 min manat), Laçın rayonunda 453 milyon 93 min manat (tikinti-quraşdırma işləri üzrə 448 milyon 258 min manat), Zəngilan rayonunda 735 milyon 691 min manat (tikinti-quraşdırma işləri üzrə 731 milyon 7 min manat) təşkil edib.

.