
Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçları çərçivəsində "Qarabağ" iyulun 18-də səfərdə Gürcüstanın "Samtredia” klubunun qonağı olacaq.
Klubun rəsmi saytı xəbər verir ki, Boris Paiçadze adına stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək. Komandamızın bu matçı "İdman Azərbaycan" telekanalı vasitəsi ilə canlı yayımlanacaq.
.