Lənkəran-Lerik yolunda sürüşmə aktivliyi qismən artıb. Sürüşmə nəticəsində çəkilən istinad divarları tam olaraq torpaq altında qalıb. Torpaq sürüşməsi əsasən Lənkəran-Lerik yolunun 17, 18, 20, 22, 23, 27, 33 ,41, 45-ci kilometrliyində müşahidə olunur. Sürüşmə yolun hər iki tərəfindəki torpaq qatında baş verir. Həmçinin baş verən torpaq sürüşməsi nəticəsində yola iri qaya parçaları və torpaq qatı tökülür. Bu da yoldan istifadə edən sürücülərin işini çətinləşdirir. Ən gərgin vəziyyət isə yolun 23 və 45-ci km-də yaşanır. Sözügedən ərazidə torpaq qatının yola sürüşməsi yolu keçilməz vəziyyətə salıb. Torpaq sürüşməsi nəticəsində çəkilən istinad divarları da artıq torpağa qarışıb. Sürüşməsinin qarşısının almaq mümkün olmasada, yolda avtomobillərin hərəkətində ciddi maneələr yaşanmır.
