Qaqauziyanın keçmiş başqanı İrina Vlax Moldovada keçiriləcək Prezident seçkisində iştiak edəcəyini açıqlayıb.

Bu barədə o yerli mətbuata bildirib:

“Mənim seçkiqabağı proqramım istisnasız olaraq insanların üzləşdiyi problemlərə diqqət yetirməkdən və onların həllinə çalışmaqdan ibarət olacaq. Mən mütəmadi şəkildə ictimaiyyət arasında oluram bu problemlərin nədən ibarət olduğunu bilirəm. Hər kəsi narahat edən məsələlərdən kifayət qədər məlumatım var” – İ. Vlax belə deyib.

.