Ötən il qanunsuz dini təbliğatla məşğul olan 20 nəfər barəsində cinayət işi başlanılıb.

Bu, Nazirlər Kabinetinin 2021-ci illə bağlı hesabatında qeyd olunub.

Bildirilib ki, 129 nəfər haqqında inzibati tənbeh tədbirləri görülüb, 8 nəfər həbs edilib. Həmin şəxslərdən 3230 ədəd dini ədəbiyyat, 285 ədəd audio və video disk, 69 ədəd soyuq silah götürülüb.

.