Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik və Bioloji Müxtəlifliyin Qorunması Xidmətlərinin, Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Alazan çayının Mingəçevir Su Anbarına qovuşan hissəsində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Nazirlikdən bildirilib ki, araşdırma zamanı balıq ovlayan şəxslərin Zaqatala rayon sakini Vüqar Həsənov, Yevlax rayon sakinləri İlqar Məmmədov və Yusif Əzizov olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
Eyni zamanda, keçirilən nəzarət tədbirləri zamanı Alazan çayının Mingəçevir Su Anbarına qovuşan hissəsindən 390 metr uzunluğunda 6 ədəd sintetik tor yığışdırılıb.
Vətəndaşlarımızı "Hövzələri sintetik torlardan birlikdə təmizləyək" aksiyasında fəal iştirak etməyə, su hövzələrində rast gəldikləri sintetik torlar barədə Nazirliyin rəsmi sosial şəbəkə hesablarına və teleqram qrupuna dəqiq koordinatları göstərməklə məlumat verməyə və balıq ehtiyatlarının mühafizəsinə dəstək olmağa dəvət edirik.
.