Yaponiyalı əczaçısı Masatosi Kato antihipertenziv məşqlərlə təzyiqi azaltmağı təklif edib.

“Ovuclarınızı sinənizin önündə saxlayın və onları möhkəm sıxın. On saniyədən sonra əllərinizi boşaldın. Bu məşq xüsusilə tövsiyə olunur, çünki o, ürəyin yanında yerləşən döş əzələlərini stimullaşdırır”, - deyə mütəxəssis bildirib.

Onun sözlərinə görə, bu cür məşqlər müxtəlif əzələ qrupları üçün mövcuddur və onları gündə bir neçə dəfə etmək olar.

“Məşq oturarkən, yəni işləyərkən də edilə bilər, buna görə də mütləq yoxlayın”, - deyə əczaçı vurğulayıb.

Mənbə: RİA Novosti

.