![](/uploads/img/posts/2024/02/10/65c723e06d1d165c723e06d1d2170754966465c723e06d1cf65c723e06d1d0jpg-1707551154.jpg)
Moskva regionda vəziyyətin köklü surətdə dəyişməsi ilə əlaqədar Rusiya sülhməramlılarının Qarabağda qalması şərtlərini yalnız Bakı ilə müzakirə edəcək.
Bunu TASS-a müsahibəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
Mixail Qaluzin bildirib ki, Azərbaycanla dialoq konstruktiv xarakter daşıyır. "Biz bütün yaranan məsələləri qarşılıqlı məqbul şəkildə həll edirik. 2025-ci ilin noyabrından sonra Rusiya sülhməramlı kontingentinin səlahiyyətlərinin uzadılmasına gəlincə, bu, regiondakı vəziyyətdən, onların gələcək iştirakı tələbindən və Bakı ilə müvafiq razılaşmalardan asılı olacaq”.
.