Bakıda kafedə oğurluq hadisəsi baş verib.

Hadisə martın 19-dan mayın 5-dək Binəqədi rayonu, Xocahəsən qəsəbəsində qeydə alınıb.

Belə ki, naməlum şəxs S.Yusifovaya məxsus kafedən 2 000 manat dəyərində geyim və məişət əşyaları oğurlayıb.

Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü S.Adıgözəlova müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

.