Musiqi sənəti istiqaməti üzrə imtahanda abituriyentlərə Musiqi nəzəriyyəsi və solfecio, Harmoniya və solfecio, Musiqi ədəbiyyatı fənləri üzrə musiqi məktəblərinin tədris proqramı əsasında tərtib edilmiş hər bir fənnə aid 30 qapalı tipli test tapşırığı təqdim olunacaq.
Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, abituriyentlərə tapşırıqların cavablandırılması üçün Musiqi nəzəriyyəsi və solfecio fənni üzrə 1 saat, Harmoniya və solfecio fənni üzrə 1 saat 30 dəqiqə, Musiqi ədəbiyyatı fənni üzrə 1 saat 30 dəqiqə vaxt veriləcək.
Musiqi nəzəriyyəsi və solfecio, Harmoniya və solfecio fənləri üzrə verilmiş 30 sualdan 25-i nəzəri biliklərin yoxlanılmasına, 5-i isə eşitmənin təyininə aiddir. Eşitmənin təyininə aid tapşırıqlar dinləmə qurğusu vasitəsilə təqdim ediləcək. Musiqi ədəbiyyatı fənni üzrə verilmiş 30 sualdan 20-si Azərbaycan, Qərbi Avropa və rus bəstəkarlarının həyat və yaradıcılığını, həmçinin müxtəlif bədii üslublara və dövrlərə aid biliklərin yoxlanılmasını əhatə edən tapşırıqlardan ibarət olacaq. 10 sual isə musiqi nümunələrinin təyin edilməsi üçün nəzərdə tutulub.
Qiymətləndirmə 10 ballıq şkala üzrə aparılır. Hər bir fənn üzrə minimal müsabiqə balı 6-dır.
Doğru cavablandırılan tapşırıqların sayı |
Qiymətləndirmə (balla) |
28-30 | 10 |
25-27 | 9 |
22-24 | 8 |
19-21 | 7 |
16-18 | 6 |
13-15 | 5 |
10-12 | 4 |
7-9 | 3 |
4-6 | 2 |
1-3 | 1 |
0 | 0 |
Musiqi sənəti istiqamətinin komissiyaları üzrə təyin olunmuş nəzəriyyə fənləri aşağıdakı cədvəldə verilmişdir.
Kom. №-si | İxtisasın adı | Nəzəriyyə imtahanları |
20 | İnstrumental ifaçılıq | Harmoniya və solfecio Musiqi ədəbiyyatı |
21 | İnstrumental ifaçılıq (violin, klarnet, fleyta) | |
21 | İnstrumental ifaçılıq (viola, truba, saksofon) | Musiqi nəzəriyyəsi və solfecio Musiqi ədəbiyyatı |
21 | İnstrumental ifaçılıq (qoboy, faqot, tuba, trombon, valtorna, violonçel, kontrabas, arfa və zərb alətləri) | Musiqi nəzəriyyəsi və solfecio |
22 | İnstrumental ifaçılıq | Harmoniya və solfecio |
23, 74 | İnstrumental ifaçılıq | Musiqi nəzəriyyəsi və solfecio |
24 | Vokal sənəti (akademik vokal) | Musiqi nəzəriyyəsi və solfecio Musiqi ədəbiyyatı |
25, 95 | Vokal sənəti (xanəndəlik) | Musiqi nəzəriyyəsi və solfecio |
26 | Populyar musiqi və caz ifaçılığı (vokal) | |
27, 75 | Dirijorluq (sahələr üzrə) | Harmoniya və solfecio Musiqi ədəbiyyatı |
28, 96 | Vokal sənəti (milli vokal) | Musiqi nəzəriyyəsi və solfecio |
29, 69 | Bəstəkarlıq | Musiqi ədəbiyyatı Harmoniya və solfecio* |
30, 73 | Musiqişünaslıq | |
31, 71, 72 | İnstrumental ifaçılıq | Musiqi nəzəriyyəsi və solfecio |
32, 76, 83, 93 | Musiqi müəllimliyi | |
36 | Populyar musiqi və caz ifaçılığı (alətlər üzrə) |
* 29, 69, 30, 73- cü komissiyalar üzrə Harmoniya və solfecio fənnindən imtahan 2 hissədən ibarət olacaq. 1-ci hissə test üsulu ilə, 2-ci hissə isə şifahi şəkildə keçiriləcək.
Aşağıda təqdim olunmuş linklərdən nəzəri fənlər üzrə sual kitabçalarının nümunəvi nüsxələri ilə tanış olmaq mümkündür:
- Ali təhsil müəssisələrinə qəbul imtahanlarının Harmoniya və solfecio fənni üzrə sual kitabçalarının nümunəvi nüsxəsi;
- Ali təhsil müəssisələrinə qəbul imtahanlarının Musiqi ədəbiyyatı fənni üzrə sual kitabçalarının nümunəvi nüsxəsi;
- Ali təhsil müəssisələrinə qəbul imtahanlarının Musiqi nəzəriyyəsi və solfecio fənni üzrə sual kitabçalarının nümunəvi nüsxəsi.
Daha ətraflı məlumatı hər il çap olunan “Abituriyent” jurnalının Qabiliyyət imtahanları adlı xüsusi buraxılışından əldə etmək olar. Burada ixtsaslar üzrə müsabiqə şərtləri, proqramlar, qimətləndirmə meyarları və metodiki tövsiyələr təqdim olunub.
Qeyd edilib ki, Musiqi sənəti istiqaməti üzrə ixtisas imtahanları bütün komissiyalarda ənənəvi qaydada keçiriləcək.
.