Sentyabrln 10-da Rusiya Federasiyasının Stavropol diyarının Pyatiqorsk şəhərinin 242 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirə “Araz” Pyatiqorsk Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin üzvləri də qatıllblar. 
Təşkilatın sədri Təhmasib Zeynalov bildirib ki, bayram münasibəti ilə şəhər çoxsaylı qonaqları qəbul edib: “Şəhərin başçısı Voroşilov Dmitri, dumanın başçısı Poxilko Lyudmila, şəhər və Stavropol diyarının deputatları, Stavropol diyarının yüksək təbəqəli məmurları, Çeçenistan, Dağıstan və s. respublikaların yüksək təbəqəli nümayəndələri də iştirak edirdilər. İlk öncə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Valeh Hacıyevin, şəhərin başçısı Voroşilov D.Y və dumanın başçısı Poxiko L.V ya təbrik məktubunu təqdim etdik. Gözlənilməz təbrik məktubu onlarda çox xoş təəssürat yaratdı. Şəhər başçısı öz növbəsində komitənin diqqətindən məmnunluğunu bildirib təşəkkür etdi. “Uzun dərə” rəqsi ilə rəqs qrupumuz qonaqları salamladılar. Daha sonra nümayəndələrlə söhbətimiz milli mətbəximizin dadlı təamları ilə bəzədilmiş süfrə arxasında davam etdi. Öz qonaqpərvərliyi ilə hər zaman seçilən xalqımız bu dəfə də qonaqları razı saldılar. Onlar bizdən öz məmnuniyyətlərini bildirərək ayrıldılar. Adətimiz üzrə, 300-ə qədər soydaşımızı və şəhər əhalisini, Azərbaycanın dadlı təamları ilə pulsuz təmin etdik. Mətbəximizdə (plov, qutab, ləvəngi, dovğa, dolma, blinçik, salatlar, meyvələr və ən əsası cürbəcür kabablar) var idi. Bu artıq adət halını alıb. Şənliyimiz çox şən və rəngarəng keçdi. Hamı razı qaldı. 

Tədbirimiz 12.00 a qədər davam etdi. Tədbirin təşkilatçısı AMMM “Araz” ın Pyatiqorsk şəhəri üzrə nümayəndələri idi. Özümə borc bilib tədbirin təşkilatçılığında iştirak edən hər kəsə əsasən də (Cavanşirə, Mübarizə, Murada, Vəliyə, Talehə, İlhama, Şahbaza, Araza, Zülfüqara, İsaxana, Orxana, Xaliqə, İlqara, Fərzalıya, İlyasa, Ramizə, rəqs qrupumuzdan Nuranə xanıma, Elmiraya, Balabəyə, və onlarla başqa insanlara) təşəkkür edirəm. Ayrıca olaraq “Gəncə”, ” Can Bakı” ,”Bakı” və “Karvan” kafelərinin rəhbərliyinə də  öz minnətdarllğımı bildirirəm. Bizim cəmiyyət xalqın cəmiyyətidi. Və bütün tədbirləri xalqımız keçirir. Mən Təhmasib Zeynalov – cəmiyyətin sədri olaraq yalnız ona  rəhbərlik edirəm. Xalqın içində və yanında olmaq lazımdır ki xalq bizi qəbul etsin. Pyatiqorskidə yaşayan xalqımız çox mehribandır. Bu da bizim birliyimiz və təşkilatçılığımız sayəsində baş tutur. Bütün tədbirlərimizdə, yüzlərlə insanlarımız iştirak edir. Bizim gücümüz xalqımızdır. Bunu görən hər kəs bizimlə dostluq etməyə çalışır. Bayramın mübarək Pyatiqorsk!!!”.

.