"Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan bu ilin avqust ayının ilk on günündə görüşəcəklər”.
Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib:
"Hazırda diplomatik kanallar vasitəsilə Putin və Ərdoğan arasında görüş təşkil etmək üçün hazırlıqlar gedir. Bu görüşün avqustun ilk ongünlüyündə Rusiya Federasiyasında olacağı ilə bağlı razılığa gəlmişik. Amma şəhər və dəqiq tarix hələ bilinmir”.
Peskov görüşün Bakıda keçiriləcəyi ilə bağlı xəbərləri təkzib edib və bildirib ki, prezidentlərin görüşü Rusiya şəhərlərindən birində baş tutacaq.
.
