Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kiril Dmitriyev bu günü dünya üçün vacib adlandırıb.
Dmitriyev bunu bu gün Kremldə Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında keçiriləcək görüşdən danışarkən bildirib.
Onun sözlərinə görə, Prezident Trampın Qəzza sülh müqaviləsini hazırlayan komandası Ukraynadakı sülh gündəliyini irəli aparmaq üçün Moskvada olacaq.
Qeyd edək ki, Kreml Putin-Uitkoff görüşünün dekabrın 2-də günün ikinci yarısında keçiriləcəyini açıqlayıb.
.
