Rusiya prezidenti Vladimir Putinin Novo-Oqaryovdakı iqamətgahında informasiya sızmasının qarşısının alınması ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib.
Yenizaman.az  TASS-a istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumatı təsdiqləyib.
"Arzu edilməyən informasiya sızmasının qarşısının alınması, məxfilik rejiminin təmin edilməsi üçün tədbirlər görülür", - D.Peskov vurğulayıb.
.