Rusiya Prezidenti Vladimir Putinin Federal Məclisə müraciətinə Rusiya Federasiyasına dost olmayan ölkələrin mediası buraxılmayacaq.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiyaya dost olmayan ölkələrin mediası prezident Vladimir Putinin Federal Məclisə müraciətinə akkreditasiya olunmayacaq.

Qeyd edək ki, Putin Federal Məclisə fevralın 21-də müraciət edəcək.

.