Rusiya Prezidenti Vladimir Putinin videobağlantı vasitəsilə sənaye obyektləri ilə bağlı keçirilən müşavirədə Nijni Novqorod vilayətinin qubernatoru Qleb Nikitinlə arasında maraqlı dialoqu olub.

Yenizaman bu barədə “İzvestiya”ya istinadən xəbər verir.

Putin onun kostyumunun istehsalı ilə maraqlanıb. 

Belə ki, Rusiya lideri Nikitinə “Kostyumunuz yerli istehsaldırmı?” sualını ünvanlayıb.

O isə prezidentə “Təəssüf ki, xüsusi olaraq tikildiyi üçün üzərində etiketi yoxdur, lakin yerli istehsal parçadan hazırlanıb”, - deyə cavab verib.

Putin daha sonra müraciət edərək hər kəsi yüksək keyfiyyəti ilə seçilən yerli istehsal olan mallardan istifadə etməyə çağırıb.

Görüntüləri təqdim edirik:

 

.