Ərdoğan uzun müddətdir ki, mənə Zelenski ilə görüşməyi təklif edir.

Bunu Rusiya Prezidenti Vladimir Putin Özbəkistana səfərinin yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Türkiyə prezidentinin Zelenski ilə görüş barədə təklifində qəribə heç nə yoxdur: “Ərdoğan Ukrayna ilə bağlı vəziyyətin normallaşmasına uzun müddətdir ki, səy göstərir, o cümlədən taxıl sazişinin həyata keçirilməsinə töhfə verib... Ona görə də, Türkiyə prezidenti hesab edir ki, Zelenski ilə görüşün keçirilməsi müsbət nəticə verəcək”, - Rusiya prezidenti Ərdoğanın bugünkü görüşdə Zelenski ilə görüşməyi təklif edib-etməməsi ilə bağlı suala cavabında deyib.

Putin Zelenski ilə görüşün hansı şərtlər qarşılığında keçiriləcəyi ilə bağlı suala da cavab verib: “Zelenski Rusiya ilə danışıqlara hazır olmadığını, bunun mümkün olmadığını bəyan edib. Bu görüşün baş tutması üçün gərək Kiyev buna razılıq versin. Lakin onlar danışıqlardan imtina edirlər. Əgər imtina edirləsə, onda bu görüş lazım deyil”.

.