Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Donestk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya birləşdirilməsi günü ilə əlaqədar xalqa müraciət edib.

 Putin müraciətində Rusiyanın yeni regionları birləşməsinə qədər çətin sınaqlardan keçdiyini bildirib.

“2014-cü ildən sonra Donbassda hadisələrin inkişafı xüsusi hərbi əməliyyatın zəruriliyini və etibarlılığını, onun azadedici xarakterini tam təsdiqləyib. Qərb elitası Ukraynanı öz müstəmləkəsinə, Rusiyaya yönəlmiş hərbi plastdarmına çevirib. Novorossiya sakinləri Kiyevdəki çevrilişə qarşı çıxdılar, onları Rusiyadan həmişəlik qoparmaq istəyən neonasist diktaturasına qarşı mübarizə apardılar", - Putin vurğulayıb.

Rusiya prezidenti qeyd edib ki, Qərb Ukrayna ordusunu yeni müharibəyə hazırlayıb, 2014-cü ildə olduğu kimi yenidən Ukraynanın cənub-şərqində cəza aksiyası təşkil edib. Onun sözlərinə görə, həmin vaxt Krım da hədəfə alınıb. Putin həqiqətin Rusiyanın tərəfində olduğunu, planlaşdırılan bütün məqsədlərə nail olunacağını bəyan edib.

.