ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin G20 ölkələrinin Almaniyanın Hamburq şəhərində keçirilən zirvəsində rastlaşaraq bir-birlərinin əlini sıxıblar.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
İki ölkənin lideri bir-birlərini salamlayıblar və "tezliklə görüşərik” deyərək ayrılıqda görüşəcəklərini bildiriblər.
"RİA Novosti"nin xəbər verdiyinə görə, Putin və Tramp sammitin terrorizmə həsr olunmuş birinci iclasında eyni masada əyləşiblər.
.
