Putin Ukraynanın NATO-ya daxil olmasını ABŞ nümayəndələri ilə müzakirə edib.

Buni Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

O, Kremldə keçirilən görüşdə Putinin Uitkoffla Ukraynanın NATO-ya üzvlüyü məsələsi müzakirə etdiklərini söyləyib.

Kreml rəsmisi qeyd edib ki, tərəflər detalları açıqlamamaq barədə razılığa gəliblər.

Uşakovun sözlərinə görə, Kremldəki danışıqların gedişatı və xarakteri, şübhəsiz ki, son həftələrin uğurlarından təsirlənib.

"Rusiya ordusunun döyüş meydanındakı son qələbələri Qərbin Ukrayna münaqişəsinin həlli ilə bağlı qiymətləndirməsinə təsir edib. Kreml ümid edir ki, Rusiya ordusunun uğurları sayəsində Avropa və Kiyev "baş verənlərə daha adekvat münasibət və qavrayış" nümayiş etdirəcəklər".

Putinin köməkçisi ABŞ-ın uzunmüddətli həll yoluna nail olmağa sadiq olduğunu vurğulayıb və Rusiyanın təkliflərini nəzərdən keçirməyə hazır olduğunu təsdiqləyib.

Rusiya Ukrayna ilə bağlı ABŞ-dan başqa heç kimlə danışıqlar aparmır

Hazırda yalnız Rusiya və ABŞ Ukrayna ilə bağlı danışıqlar aparır.

Bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Ukrayna ilə bağlı danışıqları ancaq Moskva və Vaşinqton aparır, hazırda başqa heç bir danışıqlar aparılmır:

“Avropalılar bütün təmaslardan imtina edir. Rusiya Avropa ölkələri ilə danışıqlar aparmır, lakin bu danışıqlara hazırdır”.

Kreml rəsmisi Ukrayna ilə bağlı mümkün razılaşmaların beynəlxalq səviyyədə tanınmasının Rusiya və ABŞ arasında danışıqların mövzusu olduğunu da qeyd edib: “İndi konkret məsələlərə toxunmayacağam. Bütün bu məsələlər, xüsusən də Rusiya və Amerika tərəfləri arasında danışıqların mövzusudur”.

.