Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə bağlı sülh danışıqlarında ölkəni hansı qurumun təmsil edəcəyini açıqlayıb.
Qırğızıstana səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Putin Ukrayna ilə bağlı sülh danışıqlarının Rusiya XİN tərəfindən aparılacağını diqqətə çatdırıb.
O bildirib ki, köməkçisi Vladimir Medinski də danışıqlarda iştirak edəcək.
Putin digər köməkçisi Yuri Uşakovun dan danışıqlar üçün çalışdığını vurğulayıb.
.
