Rusiya prezidenti Vladimir Putin Donald Trampa ABŞ-dakı prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik məktubu ünvanlayıb.
Yenizaman.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu haqda Kremlin saytında bildirilir.
Rusiya prezidenti göndərdiyi məktubda Trampa dövlət başçısı postunda müvəffəqiyyətlər arzulayıb. Putin Moskva və Vaşinqton arasında konstruktiv dialoqun qurulmasına, həmçinin münasibətlərin böhran vəziyyətindən çıxardılması üzrə birgə işləyəcəklərinə ümidini ifadə edib.
.
