Rusiya və ABŞ prezidentləri arasında ilk görüşün vaxtı məlum olub.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Vladimir Putin və Donald Tramp arasında ilk görüşün iyulun 7-də Almaniyanın Hamburq şəhərində "G 20" sammiti çərçivəsində keçiriləcəyini söyləyib.

Rusiya prezidenti Vladimr Putin amerikalı həmkarı Donald Trampla "G20” sammiti çərçivəsində ayrıca görüş keçirəcəklər.

Bunun isə Rəsmi Kremlin mətbuat katibi Dmitri Peskov bəyan edib:

"Bu ayrıca "oturaq” şəkildə təşkil edilmiş görüş olacaq.”

7 iyul tarixində baş tutacaq bu görüş Putin və Trampın ilk rəsmi görüşləridir.

Y. Uşakov V. Putinin sammit çərçivəsində Türkiyə, Fransa, Cənubi Koreya, Yaponiya və digər ölkələrin başçıları ilə ikitərəfli görüşlərinin planlaşdırıldığını da bildirib.


.