V.Putin terrorun əsl təşkilatçıları və sifarişçilərinin layiqli cəzalarını alacaqlarını söyləyib: “Terror aktında əli olan hər kəs müəyyənləşəcək və cəzalanacaq. Rusiya kəşfiyyat xidmətləri terrorçuların ortaqlarının müəyyən edilməsi üzərində işləyir. İstintaq terror aktının bütün təfərrüatlarını müəyyən etmək üçün hər şeyi edəcək”.

Prezidentin sözlərinə görə, indi rusların vəzifəsi həmrəy olmaqdır: “Kimsə Rusiya vətəndaşlarının birliyini sarsıda bilməz. Rusiya ən çətin sınaqlar zamanı həmişə daha da güclənib, indi də belə olacaq. Kimsə Rusiyada nifaq toxumu səpə bilməz”.

.