Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Ukrayna limanlarından taxıl ixracına dair əldə olunan razılaşmaların həyata keçirilməsinə verdiyi töhfəyə görə təşəkkür edib.

Rusiya prezidenti ŞƏT sammiti çərçivəsində Səmərqənddə keçirilən görüş zamanı Ərdoğana taxıl sazişinin həyata keçirilməsinə görə təşəkkürünü bildirib.

“İlk növbədə, ərzaq proqramının həyata keçirilməsinə verdiyiniz töhfəyə görə sizə bir daha təşəkkür etmək istərdim, siz bu gün bunu da qeyd etdiniz, mən Ukrayna taxılının ixracını nəzərdə tuturam", - deyə Putin qeyd edib.

Türkiyə Rusiyadan idxal etdiyi qazın 25 faizinin dəyərini rublla ödəyəcək

Türkiyə Rusiyadan idxal etdiyi qazın dörddə birinin - 25 faizinin dəyərini rublla ödəyəcək.

Bunu Rusiya prezidenti Vladimir Putin Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə bildirib.

Putin Türkiyəyə qaz tədarükünün bütün istiqamətlərdə artırılacağını söyləyib.

“Türkiyə enerji resurslarımızın, o cümlədən qazın təkcə öz ehtiyacları üçün deyil, həm də Avropa İttifaqı ölkələrinə tədarükü üçün ən etibarlı marşrutlardan birinə çevrilib. Avropaya qaz nəqli "Türk axını" ilə fasiləsiz həyata keçirilir”, - Rusiya Prezidenti vurğulayıb.

.