Rusiya prezidenti Vladimir Putinin Tıva Respublikasında səfərdə olarkən yerli göllərdən birində balıq ovuna çıxmasının videogörüntüləri yayımlanıb.
Virtualaz.orgKremlin mətbuat xidmətinin paylaşdığı videogörüntülərə əsasən xəbər verir ki, Putin sualtı ova başlamaq üçün xüsusi geyimdə olub və qarpunla silahlanıb.
Videonun böyük hissəsi isə prezidentin maskasına yerləşdirilmiş "GoPro” kamerası ilə çəkilib.
Putin iki saat durnabalığını qovduqdan sonra onu qarpunla vurub və əlləri ilə tuta bilib.
