Rusiya Prezidenti Vladimir Putin döyüşlərin dayandırılması üçün şərtini açıqlayıb.

Qırğızıstana səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Putin deyib ki, Ukrayna qoşunları tutduğu əraziləri tərk etdikdə döyüşlər dayanacaq.

Putin Uitkoffla Uşakovun danışığının dinlənilməsinə münasibət bildirib: Bunu sızdırmaq cinayətdir

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla köməkçisi Yuri Uşakovun telefon danışığının dinlənilməsinə münasibət bildirib.

Qırğızıstana səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Putin telefon danışıqlarının sızdırılmasının cinayət olduğunu qeyd edib.

“Ümumiyyətlə, dinləmək olmaz, telefon danışıqlarını sızdırmaq cinayətdir”, - Rusiya Prezidenti vurğulayıb.

Qeyd edək ki, Uitkoffla Uşakovun telefon danışığının mətnini dərc edən “Bloomberg“ nəşri bu informasiyaya necə nail olduğu barədə məlumat verməyib. Digər media orqanları dərc olunan mətni təsdiqləməyib.

ABŞ-ın Rusiya neft şirkətlərinə qarşı yeni sanksiyaları Putin üçün gözlənilməz olub

Rusiya neft şirkətlərinə qarşı ABŞ-ın yeni sanksiyaları tətbiq edəcəyini gözləmirdim, çünki Alyaskadan bəri Moskva ilə Vaşinqton arasında heç bir münaqişə olmamışdı.

Bunu Rusiya Prezidenti Vladimir Putin Qırğızıstana səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

“Mən nə baş verdiyini belə başa düşmədim”, - Putin qeyd edib.

.