Ukraynadakı seçkilərin təhlükəsizliyini təmin etməyi düşünməyə hazırıq.
Bunu Rusiya Prezidenti Vladimir Putin ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
Putin deyib ki, Rusiya seçkilər zamanı təhlükəsizliyi təmin etmək üçün Ukrayna ərazisinin dərinliklərinə zərbələr endirməkdən çəkinməyə hazırdır.
“Amma! Əgər seçkilər keçirilərsə, Rusiyada yaşayan ukraynalılar üçün Rusiya ərazisində səsvermənin təşkil edilməsini tələb edirik”, - Rusiya prezidenti qeyd edib.
Putin “seçkilər zamanı Ukrayna ərazisinin dərinliklərinə zərbə endirməkdən imtina etməyə hazır” olduqlarını bəyan edib.
.
