Heç kəs Rusiyanın inkişafını ləngidə bilməyəcək.

Bunu Rusiya Prezidenti Vladimir Putin "VTB.Rusiya çağırır!" forumunda çıxışında bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyası ən mürəkkəb çağırışlara cavab verməyə qadir olduğunu sübut edib:

"Rusiya iqtisadiyyatı fundamental təhlükəsizlik ehtiyatı nümayiş etdirib. Rusiyanın ÜDM-i 10 ayda 3,2% artıb, bu, artıq Qərbin sanksiya hücumundan əvvəlkindən də yüksəkdir. İlin sonuna ÜDM artımının ən azı 3,5% olacağı gözlənilir. Rusiya iqtisadi artıma görə bütün aparıcı Avropa İttifaqı ölkələrini qabaqlayır".

Putin qeyd edib ki, 2022-ci ilin martından Rusiyada fəaliyyət göstərən xarici şirkətlərin sayı azalmayıb, əksinə artıb:

"Bunu biləndə özüm də təəccübləndim. Xarici biznes Qərb siyasi elitasının təzyiqlərinə baxmayaraq, Rusiyada işləmək istəyir. Onlar sadəcə adlarını dəyişib, faəliyyət göstərirlər. Rusiya ilə və Rusiyada işləmək sərfəlidir. Bu, sərfəli olub, indi də sərfəlidir və sərfəli olacaq. Bu fakt əsrlər boyu öz təsdiqini tapıb".

Putin bütövlükdə Rusiyanın maliyyə sisteminin sağlam vəziyyətdə olduğunu söyləyib.

.